Azərbaycan – Rumıniya matçı polşalı hakimlərə tapşırıldı

Futzal üzrə dünya çempionatının (DÇ-2024) elit mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Rumıniya oyununa təyinatlar açıqlanıb.

Arena.az xəbər verir ki, dekabrın 15-də Bakıda baş tutacaq bu oyunu Polşadan olan hakimlər idarə edəcəklər.

Bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, elit mərhələdə 4 turdan sonra cəmi 3 xalı olan Azərbaycan yığması hazırda qrup üçüncüsüdür. Qazaxıstan yığması 12 xalla birinci, Rumıniya millisi isə 7 xalla ikincidir. Cəmi 1 xalı olan Niderland yığması da sonuncu pillədə qərarlaşıb.

DÇ-2024-ün seçmə mərhələsi
Elit raund, A qrupu
15 dekabr

Azərbaycan – Rumıniya
Hakimlər: Damian Qrabovski, Slavomir Steçko, Monika Çudzinoviç (Polşa).
Timekeeper: Ramil Namazov (Azərbaycan).
Bakı idman Sarayı. Saat 20:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: