Azərbaycan – Serbiya: Açıq məşq və mətbuat konfransının vaxtı açıqlandı

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Serbiya oyunundan öncəki açıq məşq və mətbuat konfranslarının vaxtı müəyyənləşib.

Arena.az xəbər verir ki, hər iki məşq və mətbuat konfransı martın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq.

Öncə Serbiya milli komandasının baş məşqçisi Draqan Stoykoviç jurnalistlər önünə çıxacaq. Onun mətbuat konfransına saat 17:30-da start veriləcək. Rəqib komandanın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqi isə saat 18:00-da başlayacaq.

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin mətbuat konfransı saat 18:45-də başlayacaq. Millimizin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqi isə saat 19:15-də start götürəcək.

Qeyd edək ki, Azərbaycan – Serbiya matçı martın 30-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Qarşılaşmaya saat 20:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: