Azərbaycan – Slovakiya: Açıq məşq və mətbuat konfransları olacaq

UEFA Millətlər Liqasının Azərbaycan – Slovakiya oyunundan öncə keçiriləcək açıq məşqlər və mətbuat konfranslarının vaxtı bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, oktyabrın 13-də ilk olaraq saat 16:15-də Azərbaycan millisinin baş məşqçisi Fernando Santos jurnalistlərin suallarını cavablandıracaq. Yığmamızın açıq məşqi saat 17:00-da start götürəcək.

Saat 18:45-də qonaq komandanın açıq məşqi, 19:30-da isə mətbuat konfransı gerçəkləşəcək.

Oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq Azərbaycan – Slovakiya matçına saat 20:00-da start veriləcək.

13 oktyabr

Azərbaycan milli komandası
16:15. Mətbuat konfransı
17:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Slovakiya milli komandası
18:45. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
19:30. Mətbuat konfransı

Xəbəri sosial şəbəkələrdə paylaş: