Baco müasir “Napoli”ni Maradonalı “Napoli” ilə müqayisə etdi

Futbol üzrə İtaliya millisinin sabiq hücumçusu Roberto Baco A Seriyasınınn yeni mövsümü ilə bağlı proqnozunu açıqlayıb.

Arena.az xəbər verir ki, ötənlərin məşhur futbolçusu “La Gazzetta dello Sport”a açıqlamasında titulun cari sahibi “Napoli”yə bir neçə iltifat edib:

“Mən “Napoli”nin “skudetto”nu qazanmasına çox sevindim, çünki bu komanda bütün kampaniya boyunca həqiqətən yaxşı futbol göstərirdi. Xviça Kvaratsxeliya, Viktor Osimhen və Kim Min Jae kimi istedadlı oyunçuları ayırd edəcəyəm.

Düşünürəm ki, ənənəvi favoritlərin çevrəsinə daxil olmayan bir klubun titul qazanması futbol üçün yaxşıdır. Aurelio De Laurentiis köhnə komandanı dağıtdığı və çox güclü yeni komanda qurduğu üçün tərifə layiqdir.

“Napoli”nin son iki çempion heyətini müqayisə etsək, deyə bilərik ki, hər iki halda “partenopeyalılar”ın oyunundan eyni həzzi aldıq. 80-ci illərdə “Napoli” tək Maradonanın komandası deyildi, çünki onun Antonio Kareka, Fernando De Napoli və Andrea Karnevale kimi istedadlı tərəfdaşları var idi. Dieqonun arxasında güclü heyət dayanırdı.

Yeni mövsümün başlanğıcına gəlincə, düşünürəm ki, çempionluğa bütün iddiaçıların hamısı üzdə olacaqlar. Milan klubları çox dəyişiblər, amma onlara özlərini ayırd etmək üçün vaxt gərəkdir. “Napoli” statusunu təsdiqləmək istəyəcək, “Yuventus”un isə Avropada məşğulluğu olmayacaq, ona görə də “Qoca Sinyora”nın bütün diqqəti A Seriyasına yönələcək. Favorit? Bunu söyləmək hələ çətindir, onların necə başladığını görmək vacib olacaq. “Napoli” keçən il yaxşı başladı, sonra isə inamla davam etdi”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: