“Barselona” İspaniya millisinin də üzvü olan mərkəz müdafiəçisi Erik Qarsiya ilə yollarını ayırmaq qərarına gəlib.
Arena.az bu barədə AS dərgisinə istinadən xəbər verir.
Mənbənin məlumatına görə, kataloniyalıların baş məşqçisi Xavi klub rəhbərliyi ilə razılığa gələrək 22 yaşlı müdafiəçinin satışa çıxarılması ilə bağlı yekun qərarı veriblər. Gənc ispan müdafiəçi transferə çıxarılıb. İstənilən klub 10 milyon avro ödəməklə Erik Qarsiyanı əldə edə bilər. “Transfermarkt” internet-portalı da Qarsiyanı elə bu məbləğdə qiymətləndirir.
2022/2023 mövsümündə Erik Qarsiya “Barselona”nın heyətində 32 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə edib, komandası ilə İspaniya çempionluğunu və İspaniya Super Kubokunu qazanıb.