Kosovonun paytaxtı Priştinada 16 yaşadək oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatının C Divizionunun oyunları davam edir.
Arena.az xəbər verir ki, B qrupunda qərarlaşmış Azərbaycanın U-16 millisi bu gün qrup mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.
Tahir Baxşıyev və Polad Həsənovun rəhbərlik etdiyi millimiz qrupdakı ikinci oyununda Ermənistan yığması ilə üz-üzə gəlib.
Qarşılaşmaya üstün başlayan yığmamız qrupun ən önəmli oyununda rəqibinə 92:58 hesabı ilə qalib gələrək, erməniləri meydana çıxmağa peşman edib.
U-16 millimizin qrupdakı növbəti rəqibi Albaniya seçməsi olacaq. Oyun 23 iyulda baş tutacaq. Bakı vaxtı ilə saat 19:30-da başlayacaq oyun FIBA-nın rəsmi “Youtube” hesabında canlı olaraq yayımlanacaq.
Xatırladaq ki, basketbol millimiz qrupdakı ilk oyununda Kipr yığmasına 51:65 hesabıyla məğlub olmuşdu.


