“Bavariya” darmadağına sevindi, “Borussiya” xal itirdi

Futbol üzrə Almaniya Bundesliqasında 26-cı turun oyunları keçirilir.

Arena.az xəbər verir ki, bu gün daha beş qarşılaşma baş tutub.

Lider “Bavariya” bu turda “Ştutqart”ı qəbul edib və darmadağına sevinib. Dortmund “Borussiya”sı isə “Köln” səfərindən xal itkisi ilə dönüb.

Turnir cədvəlinin sonuncusu “Şalke”nin bu turdakı rəqibi Mönhenqladbax “Borussiya”sı olub. Qonaqlar bu oyunda darmadağına seviniblər. “Volfsburq” “Verder”lə səfər oyunundan qələbə ilə dönüb.

Almaniya Bundesliqası
26-cı tur
19 mart

Arminiya – Leypsiq 0:1
Qol: Sabitzer, 46.

20 mart

Bavariya – Ştutqart 4:0
Qol: Levandovski, 18; 23; 39. Qnabri, 22.

Ayntraxt – Union Berlin 5:2
Qol: A.Silva, 2; 41. Eyndrix, 35-öz qapısına. Kostiç, 41. Çendler, 90+2 – Kruse, 7; 45+3.

Köln – Borussiya (Dortmund) 2:2
Qol: Duda, 35. Yakobs, 65 – Haland, 3; 90.

Verder – Volfsburq 1:2
Qol: Mohvald, 45 – Sargent, 9-öz qapısına. Veqorst, 42.

Şalke – Borussiya (Mönhenqladbax) 0:3
Qol: Ştindl, 15. Layner, 63. Ronnov, 72-öz qapısına.

21 mart

16:30. Hoffenhaym – Maynts
18:30. Herta – Bayer
21:00. Frayburq – Auqsburq

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: