“Bavariya” qalib gəldi, “Borussiya” evdə uduzdu

Futbol üzrə Almaniya Bundesliqasında 27-ci tura start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutub.

Turnir cədvəlinin 5-ci pilləsində yer alan Dortmund “Borussiya”sı bu turda Frankfurt “Ayntraxt”ının müqavimətini qırmağa çalışıb. Lakin üç qolun qeydə alındığı bu matç qonaqların qələbəsiylə yekunlaşıb.

Turun mərkəzi görüşündə lider “Bavariya” ən yaxın izləyicisi “Leyptsiq”in qonağı olub. Münhen klubunda hücumçu Robert Levandovski zədə səbəbindən bu görüşü buraxsa da, komandası minimal heabla qalib gəlməyi bacarıb.

“Volfsburq” “Köln”lə, autsayder “Şalke” isə “Bayer”lə qarşılaşıb. Bu oyunlarda qələbəni meydan sahibləri bayram ediblər. Mönhenqladbax “Borussiya”sı da evdə “Frayburq” üzərində inamlı qələbə qazanıb.

Almaniya Bundesliqası
27-ci tur
3 aprel

Auqsburq – Hoffenhaym 2:1
Qol: Varqas, 8. Han, 23 – Skov, 86.

Bayer – Şalke 2:1
Qol: Alario, 26. Şik, 72 – Huntelar, 81.

Borussiya (Dortmund) – Ayntraxt 1:2
Qol: Hummels, 45 – Şults, 11-öz qapısına. A.Silva, 87.

Maynts – Arminiya 1:1
Qol: Brosinski, 56 – Voqlzammer, 76.

Volfsburq – Köln 1:0
Qol: Brekalo, 69.

Leyptsiq – Bavariya 0:1
Qol: Qoretska, 38.

Borussiya (Mönhenqladbax) – Frayburq 2:1
Qol: Turam, 53; 60 – Sallai, 10.

4 aprel

17:30. Ştutqart – Verder
20:00. Union Berlin – Herta

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: