“Bavariya”nın daha bir futbolçususunda koronavirus aşkarlandı

Almaniya çempionu “Bavariya”nın futbolçusu Benjamin Pavar koronavirusa yoluxub.

Arena.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə fransız müdafiəçinin COVİD-19 testinin pozitiv çıxdığı diqqətə çatdırılıb. Pavar karantinə alınıb. Onun səhhətinin yaxşı olduğu bildirilir.

“Bavariya”da daha əvvəl Tomas Müllerdə koronavirus aşkarlandığı açıqlanmışdı.