“Bavariya”nın hücumçusunda koronavirus aşkarlandı

“Bavariya”nın hücumçusu Tomas Müller koronavirusa yoluxub.

Arena.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

31 yaşlı hücumçunun COVİD-19 testinin pozitiv çıxdığı və bu üzdən təcrid olunduğu bildirilir. Lakin klub bu barədə hələ rəsmi açıqlama yaymayıb.

Xatırladaq ki, bir müddət əvvəl “Bavariya”da Xavi Martines və Leon Qoretskanın da koronavirusa yoluxduğu açıqlanmışdı.

Adları çəkilən futbolçular “Bavariya”nın klublararası dünya çempionatının finalında Meksikanın “Tiqres” komandasına qarşı keçirəcəyi oyunu buraxacaq. Bu gün keçiriləcək oyuna Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.