“Bayer” uduzdu, “Leypsiq” xal itirdi

Futbol üzrə Almaniya Bundesliqasında 25-ci tura yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç görüş baş tutub.

Turnir cədvəlinin ikincisi olan “Leypsiq”in qonağı “Ayntraxt” (Frankfurt) olub. Bu oyunda qalib müəyyənləşməyib.

“Bayer” doğma meydanda “Arminiya”ya uduzub. “Ştutqart” isə “Hoffenhaym” üzərində inamlı qələbəyə sevinib.

Almaniya Bundesliqası
25-ci tur
12 mart

Auqsburq – Borussiya (Münhenqladbax) 3:1
Qol: Varqas, 52. Rixter, 76. Han, 89 – Noyhaus, 68.

13 mart

Union Berlin – Köln 2:1
Qol: Kruse, 48-pen. Trimmel, 67 – Duda, 45+2-pen.

Maynts – Frayburq 1:0
Qol: Kayson, 84.

Volfsburq – Şalke 5:0
Qol: Mustafi, 32-öz qapısına. Veqorst, 51. Baku, 48. Brekalo, 64. Filipp, 79.

Verder – Bavariya 1:3
Qol: Fullkruq, 86 – Qoretska, 22. Qnabri, 35. Levandovski, 67.

Borussiya (Dortmund) – Herta 2:0
Qol: Brandt, 54. Mukoko, 90+1.

14 mart

Bayer – Arminiya 1:2
Qol: Şik, 85 – Doan, 18. Okuqava, 57.

Leypsiq – Ayntraxt 1:1
Qol: Forsberq, 46 – Kamada, 61.

Ştutqart – Hoffenhaym 2:0
Qol: A.Kasım, 15-öz qapısına. Kaladziç, 64.

Xəbəri sosial şəbəkələrdə paylaş: