“Bayer” 34 yaşlı alman qapıçı Yanis Blasvixi “Leypsiq”dən tamhüquqlu əsasda “əczaçılar”ın düşərgəsinə qatıb.
Arena.az bu barədə “Bayer”in rəsmi saytına istinadən məlumat verir.
Tərəflər 2 illik – müddəti 2027-ci ilə qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
Keçid Leverkuzen klubuna 2 milyon avro məbləğ müqabilində başa gəlib.
Yanis Blasvix Mönhenqladbax “Borussiya”sının məzunudur. Qapıçı həmçinin Drezden “Dinamo”su (icarə), “Hanza” (icarə), “Herakles”, “Leypsiq” və “Zalsburq”da (icarə) çıxış edib.
Geridə qalmış mövsümdə Yanis Blasvix “Leypsiq” üçün 64 oyuna çıxıb, 80 qol “yeyib” və 19 oyundan “quru” qurtulub.
Yanis Blasvix Almaniya yığmasına çağırış alsa da, debüt imkanı qazanmayıb.
“Transfermarkt” internet-portalı 34 yaşlı alman qapıçının transfer dəyərini 700 min avro məbləğində qiymətləndirir.



