“Bayer”in hücumçusunda koronavirus aşkarlandı

Almaniyanın “Bayer” klubunun hücumçusu Florian Virts koronavirusa yoluxub.

Arena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə 17 yaşlı futbolçunun COVİD-19 testinin pozitiv çıxdığı diqqətə çatdırılıb. Alman futbolçu karantinə alınıb.

Almaniyanın gənclərdən ibarət yığmasının da üzvü olan Virts, bu mövsüm Bundesliqada 20 oyuna çıxıb və 4 qola imza atıb.