“Alyans Arena”nın qarşısında “Bayern”in və Almaniya futbol tarixinin ən yaxşı qolçusu Gerdhard Müllerin heykəlinin açılışı olub.
Arena.az bu barədə Münhen klubunun rəsmi saytına istinadən məlumat verir.
Müller vaxtilə bu komandanın heyətində meydanda çıxdığı 611 oyunda vurduğu 568 qolla klubun rekordçusudur. O, həmçinin münhenlilərə 102 məhsuldar ötürmə ilə töhfə verib. Əfsanəvi qolçu “Bayern”lə Kuboklar Kubokunun (1966/67), Avropa Çempionlar Kubokunun üçqat (1973/74, 1974/75, 1975/75), Qitələrarası Kubokun (1976) qalibi olmaqla yanaşı, Almaniya çempionatı və Almaniya Kubokunun dördqat qalibi olub. Müller 1970-ci ildə “Qızıl top” mükafatına layiq görülüb, həmçinin “Qızıl buts”un ikiqat qalibi (1970, 1972) olub. Əfsanəvi qolçu Almaniya yığması ilə 1972-ci Avropa çempionatının və 1974-cü il Dünya Kubokunun qalibi olub. Müller iki dəfə Almaniyada ilin futbolçusu seçilib (1967, 1969) və karyerası ərzində iştirak etdiyi turnirlərdə 17 dəfə ən sərrast futbolçu olub.
Əfsanəvi qolçu Gerdhard Müller 14 avqust 2021-ci ildə 75 yaşında vəfat edib.


