“Bayern” – “Union Berlin” matçı təxirə salındı – Qara görə

Futbol üzrə Almaniya Bundesliqasının 13-cü turunun bu gün keçirilməsi planlaşdırılan “Bayern” – “Union Berlin” oyunu təxirə salınıb.

Arena.az xəbər verir ki, bu barədə Bundesliqanın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, matçın təxirə salınmasına Münhen şəhərindəki əlverişsiz hava şəraiti səbəb olub. Belə ki, matç güclü qar yağması səbəbindən ertələnib. Qarşılaşmanın hansı tarixdə gerçəkləşəcəyi hələlik bəlli deyil.

Qeyd edək ki, “Bayern” – “Union Berlin” oyunu Bakı vaxtı ilə saat 18:30-da başlanmalı idi.

Bu günə nəzərdə tutulmuş digər dörd oyunun baş tutması gözlənilir.

Xatırladaq ki, Almaniya Bundesliqasında 12 turdan sonra “Bayern” 32 xal toplayıb və hazırda 2-ci pillədə qərarlaşıb. Berlin təmsilçisi isə 7 xalla 18-ci pillədədir.

Xəbəri sosial şəbəkələrdə paylaş: