Ben Qodfri yenə “Atalanta”dan ayrı düşdü, İngiltərəyə qayıtdı

İngiltərə millisinin və İtaliyanın “Atalanta” klubunun müdafiəçisi Ben Qodfri bundan sonra “Şeffild Yunayted”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.

“Şeffild Yunayted” 27 yaşlı ingilis futbolçunu bir mövsümlük (2026-cı ilin 30 iyununadək) icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.

“York Siti”nin yetirməsi olan Ben Qodfri peşəkar karyerasına da bu klubda başlayıb. “Norviç Siti”, “Şrusberi Taun” və “Everton”da da oynamış mərkəz müdafiəçisi “Atalanta”ya 2024-cü ildə 12,5 milyon avro müqabilində keçmişdi. O, İtaliya klubunun heyətində cəmi 5 oyun keçirib. İngilis müdafiəçi ötən mövsüm “İpsviç Taun”da da icarədə olub.

İngiltərənin U-20 və U-21 yığmalarında da oynamış Qodfri 2021-ci ilin iyun ayında debüt etdiyi əsas millidə 2 oyun keçirib.

“Transfermarkt” internet-portalı 27 yaşlı müdafiəçinin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: