“Real”ın keçmiş baş məşqçisi Rafael Benites vaxtilə bu klubdan Kristiano Ronaldo ilə fikir ayrılığı səbəbindən ayrıldığı haqda şayiləri təkzib edib.
Arena.az ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Mənim, “Real”dan Kristiano Ronaldoya görə getdiyim, doğru deyil. Bizim aramızda heç vaxt heç bir fəsad olmayıb. O, görkəmli oyunçu və müəmmadır. Mən, klub daxilində müəyyən işlər səbəbindən getdim, amma bunların Ronaldo ilə heç bir bağlılığı yox idi”, deyə təcrübəli məşqçi vurğulayıb.
Vaxtilə “Liverpul”u da çalışdırmış Rafael Benites “qırmızılar”ın 32 yaşlı misirli ulduz hücumçusu Məhəmməd Salahı “Qızıl top”a layiq gördüyünü bəyan edib:
“Oyunçu öz qayğısına qalanda və müvafiq səviyyədə çıxış edəndə, yaş amili əhəmiyyət kəsb etmir. Əlbəttə, Salah “Qızıl top”u qazanmağa layiqdir. Bəs niyə də yox?”