Benites, Uolkott və Karrager “Çelsi”ni tənqid etdilər

Əvvəllər “Çelsi”ni çalışdırmış ispan mütəxəssis Rafael Benites “zadəganlar”ın cari mövsümdəki çıxışı ilə bağlı fikrini paylaşıb.

Arena.az ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Çelsi” çox hücum etməsi ilə öyünə bilər, amma qənimətlər qazanmaq istəyirsənsə, tarazlığı qorumalısan. Təkcə hücumda deyil, müdafiədə də yaxşı olduğunuza əmin olmaq gərəkdir. Onlar hücumda çox bacarıqlıdırlar, amma müdafiədə işləyirlərmi? Mən buna əmin deyiləm”, deyə Rafael Benites vurğulayıb.

Yeri gəlmişkən, vaxtilə “Liverpul”u da çalışdırmış ispan mütəxəssis “qırmızılar”ın ingilis yarımmüdafiəçi Körtis Cons haqda danışıb:

“Mən bu oyunçunu bəyənirəm. Mən həmişə oyunu anlayan yarımmüdafiəçini gözucu axtarıram. Körtis elə, bunu edir. Hətta topla irəli daşına bilməsə belə, onu mütləq saxlayacaq”.

İngiltərə yığmasının keçmiş futbolçusu Teo Uolkott da “Çelsi”nin cari mövsümdəki çıxışı ilə bağlı fikrini paylaşıb:

“Çelsi” ən yaxşı surətdə oynayan fərdiyyətçilər komandasına bənzəyir. Bu, komanda mühitidir və mənə elə gəlir ki, onlar bunu hələ tam başa düşməyiblər. Bəzən onlar sadəcə öz işlərini görürlər, amma bu işi komanda olaraq birlikdə görürlərmi?”, deyə Uolkott düşünmək üçün əsas verib.

Futbol mütəxəssisi Ceymi Karrager isə İngiltərə Premyer Liqasının 8-ci turunun “Liverpul”la oyununda (1:2) buraxılmış ikinci qolla bağlı məqamda, “Çelsi”nin ispan qapıçısı Robert Sançesin fəaliyyətini şərh edib. İngilis təhlilçinin bu barədə fikrini təqdim edirik:

“Çelsi” baxımından bu, dəhşətlidir. Qapıçı çox bərbaddır. Bu, Körtis Cons tərəfindən uğursuz bir toxunuş, qapıçı Robert Sançes tərəfindən isə pis fəaliyyət idi. Sançes çıxıb topu qazanmalı idi. Cons qapıçının ona tərəf yan almasından dəhşətə gəlməli idi. “Çelsi” olmaq istədiyi yerə qayıtmaq istəyirlərsə, ona yeni qapıçı gərəkdir”, deyə Karrager bildirib.