Bense Varkonyi “Qarabağ”da – Rəsmi

Macarıstanın “Zalaegerseq” (ZTE) klubunun mərkəz müdafiəçisi Bense Varkonyi bundan sonra “Qarabağ”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə vurğulanır ki, 2026/2027-ci illər mövsümünün transfer çalışmalarını davam etdirən klub növbəti futbolçu keçidini gerçəkləşdirib. Macarıstan klubu ilə danışıqlar uğurla yekunlaşıb və Bense Varkonyi “Qarabağ”a transfer olunub.

Macarıstanlı mərkəz müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb. 24 yaşlı futbolçu 2029-cu ilin yayına qədər bu komandanın formasını geyinəcək. Varkonyi yeni klubunda 4 nömrəli formanı seçib.

MTK (Budapeşt) klubunun yetirməsi olan Bense karyerası ərzində bu klubun əsas komandası, həmçinin “Kozarmisleni”də də çıxış edib. O, Macarıstanın U-21 komandasında forma geyinib.

Varkonyi bu yay transfer pəncərəsində “Qarabağ”ın altıncı transferidir. Daha əvvəl Jali Muaddib, Zəkəriyyə Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç və Renaldo Sefas da “Qarabağ”a qoşulmuşdular.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: