Benyamin Şeşko “qırmızı şeytan” oldu

Almaniyanın “Leypsiq” klubunun mərkəz hücumçusu Benyamin Şeşko bundan sonra “Mançester Yunayted”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Mançester Yunayted”in mətbuat xidmətinə istinadən məlumat verir.

Tərəflər 5 illik – müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Keçid İngiltərə nəhənginə 76,5 milyon avro məbləğ müqabilində başa gəlib.

Benyamin Şeşko “Zalsburq”un məzunudur. Hücumçu, karyerası ərzində həmçinin “Liferinq” (icarə) və “Leypsiq”də çıxış edib.
Geridə qalmış mövsümdə Şeşko “Leypsiq” üçün 45 oyuna çıxıb, 21 qol vurub, 6 məhsuldar ötürmə verib.

Şeşko 2021-ci ilin iyun ayında debüt etdiyi Sloveniya yığmasının heyətində 41 oyuna 16 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 21 yaşlı sloven hücumçunun transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: