Futbol üzrə Bosniya və Herseqovina milli komandasının yarımmüdafiəçisi Benyamin Tahiroviç İtaliyanın “Roma” klubundan ayrılıb.
Arena.az xəbər verir ki, A Seriyası təmsilçisi 20 yaşlı futbolçunu Niderlandın “Ayaks” klubuna satıb.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. “Roma” bu transferdən 8,4 milyon avro qazanacaq. “Ayaks” gənc yarımmüdafiəçi ilə müqavilənin müddətini açıqlamayıb.
Benyamin Tahiroviç “Roma”ya 2021-ci ilin fevralında İsveçin “Vasalunds” klubundan cəmi 240 min avro qarşılığında keçmişdi. O, paytaxt təmsilçisinin əsas komandasında cəmi 13 matç keçirib. Tahiroviç bu ilin martından formasını geyinməyə başladığı Bosniya və Herseqovina milli komandasında 3 oyuna çıxıb.


