Bernd Rayxart: “Bu, milyardlarla azarkeşi futbola cəlb edəcək”

Super Liqanın təsisçisi “A22 Sports”un baş direktoru Bernd Rayxart yeni turnirin necə gəlir gətirəcəyini izah edib.

Arena.az Rayxartın turnirin təqdimat mərasimində bu xüsusda çıxışını diqqətinizə çatdırır:

“Futbolu havayı nümayiş etdirmək milyardlarla azarkeşi cəlb edəcək. Reklam dünyasında onun işləmə üsulu ondan ibarətdir ki, auditoriya nə qədər çox olarsa, məhsul reklamçılar üçün bir o qədər cəlbedici olur. Azarkeşlərə oyunlara ödənişsiz baxmaq imkanı verən yayım müstəvisi beləcə pul qazanacaq”, deyə Rayxart bildirib.

Xatırladaq ki, üç liqaya bölünəcək Super Liqada 64 klub iştirak edəcək. Bütün liqalarda yarışlar iki mərhələdə keçiriləcək – “liqa mərhələsi” və “pley-off mərhələsi”. Yeni turnirin ilk mövsümünün 2025-ci ildə keçirilməsi nəzərdə tutulub.

Xəbəri sosial şəbəkələrdə paylaş: