“Betis” – “Atletik” matçında qadın hakimin başı yarıldı – Foto

Futbol üzrə İspaniya La Liqasının 26-cı turu çərçivəsində keçirilmiş “Betis” – “Atletik” oyununda xoşagəlməz hadisə yaşanıb.

Arena.az məlumat verir ki, baş hakimin qadın köməkçisi Qvadalupa Porras Ayuso oyun zamanı başını yarıb.

Yan xətt boyunca hərəkət edən televiziya kamerası uçaraq Porrasın başına tuş gəlib. Avadanlıq Porrası yerə sərib və qadın açıq kəllə yarası alıb. Tibbi heyət təcili surətdə ağrılar içində qıvrılan zərif cinsin nümayəndəsinə yardım edib və xəstəxanaya çatdırıb.

Qeyd edək ki, baş vermiş hadisəyə rəğmən, “Betis” – “Atletik” oyunu davam etdirilib. Dörd qolun qeydə alındığı matçın yekununda meydan sahibləri 3:1 hesablı qələbəyə seviniblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: