Birama Ture “Monpelye”ni “Manisa”ya dəyişdi

Fransanın “Monpelye” klubunun dayaq yarımmüdafiəçisi Birama Ture bundan sonra “Manisa”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Manisa” 32 yaşlı futbolçunu bu mövsümün sonuna kimi icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.

Birama Ture Fransanın “Bove” klubunun yetirməsidir. O, “Nant”, “Brest”, “Standard” (Lyej), “Oser”, “Əl-Riyad” kimi klublarda da forma geyinib. “Monpelye”yə 2024-cü ilin sentyabrında azad agent kimi qoşulmuş təcrübəli futbolçu bu komandanın heyətində cəmi 8 oyuna çıxıb və fərqlənə bilməyib.

Malinin U-20 yığmasında da oynamış Ture 2014-cü ildə debüt etdiyi əsas millidə 9 oyuna çıxıb.

“Transfermarkt” internet-portalı 32 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 1,2 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: