Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2026/2027-ci illər mövsümünün 2-ci turunun növbəti oyunu keçirilib.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
MOİK doğma meydanda “Şimal”la qarşılaşıb. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.
Birinci Liqa
2-ci tur
9 sentyabr
“Şahdağ Qusar” – “Karvan” 2:0
Qollar: İdir Butrif, 15. Joze Zenqo, 24.
Hakimlər: İslam Məmmədov, Asif Abdullayev, Orxan İbişov, Murad Səlimov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Binə qəsəbə stadionu, 16:30.
10 sentyabr
“Zaqatala” – “Baku Sportinq” 3:0
Qollar: İbrahim Ramazanov, 5. Əsədulla Heydərov, 60. Əfqan Əliyev, 88.
Hakimlər: Ruslan Quliyev, Qəzənfər Məmmədov, Rəşad Quliyev, Namiq Bəkirov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 16:30.
“Səbail” – “Mingəçevir” 2:1
Qollar: Yan De Vaskonselos, 11. Abbas Ağazadə, 28 – Samson Oqunmola, 61.
Hakimlər: Səbuhi Bayramov, Samir Qaracayev, Məmmədəli Kərimov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Binə qəsəbə stadionu, 16:30.
“Gəncəbasar” – “Xankəndi” 2:1
Qollar: Dileyn Açimi, 52; 82-pen – Musa Musazadə, 36.
Hakimlər: Rövşən Rəcəbov, Rəhman Aslanov, Anar Bədəlov, Kamran Əliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Gəncə şəhər stadionu, 17:00.
11 sentyabr
MOİK – “Şimal” 1:1
Qollar: Zahid Mərdanov, 66 – Niyazi Osmanov, 50.
Hakimlər: Şamil İmanzadə, Mirnihat Seyidov, Rasim Axundov, Alik Yunusov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Binə qəsəbə stadionu, 16:30.



