Birinci və İkinci Liqaların püşkü bu tarixlərdə atılacaq

Futbol üzrə Azərbaycan Birinci və İkinci Liqalarında 2026/2027-ci illər mövsümünün püşkatma mərasimlərinin tarixi müəyyənləşib.

Arena.az xəbər verir ki, hər iki tədbir Peşəkar Futbol Liqasının (PFL) inzibati binasında keçiriləcək.

Bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb. Xəbərdə vurğulanır ki, Birinci Liqanın püşkü avqustun 4-də atılacaq və saat 15:00-da başlayacaq.

İkinci Liqanın püşkatması isə avqustun 5-də olacaq. Tədbirə saat 15:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: