Blatter FİFA-ya qadın rəhbərin gətirilməsini təklif etdi

Keçmiş FİFA prezidenti Jozef Blatter təşkilata Norveç Futbol Assosiasiyasının prezidenti Lize Klavnessin rəhbər gətirilməsini təklif edib.

Arena.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsindəki hesabında yazıb.

“Lize Klavness ən yüksək hörmətə layiqdir. O, hər zaman aydın mövqe sərgiləyən və axınla getməyən yeganə şəxsdir. Artıq FİFA-ya qadının rəhbərlik etməsinin vaxtıdır”, – deyə Blatter qeyd edib.

Xatırlddaq ki, FİFA tarixində təşkilata heç vaxt qadın rəhbərlik etməyib.

Qeyd edək ki, daha əvvəl Canni İnfantinonun dünya çempionatının kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara satılması ilə bağlı təklifinə görə yaxın zamanda FİFA prezidenti postunu tərk edə biləcəyi barədə məlumat yayılıb. Bu təşəbbüs funksionerlər, federasiyalar və digər təşkilatlar tərəfindən geniş şəkildə tənqid və qınaqla qarşılanıb.

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) FİFA-nın himayəsi altında keçirilən turnirləri boykot edəcəyini açıqlayıb. Bu qərar qurumun 55 üzvünün hamısı tərəfindən dəstəklənib. Həmçinin Şimali, Mərkəzi Amerika və Karib hövzəsi Futbol Konfederasiyasının (KONKAKAF) üzvləri də sözügedən təklifi rədd ediblər. Asiya Futbol Konfederasiyası isə FİFA-nın idarəetmə sistemində islahatların aparılmasına çağırıb.

45 yaşlı Klavness keçmiş Norveç millisinin futbolçusudur. O, 2022-ci ildən Norveç Futbol Federasiyasının prezidenti vəzifəsini tutur.

FİFA prezidenti seçkiləri növbəti dəfə 2027-ci ilin martında Mərakeşdə keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: