Boks: Millimizin 6 üzvü üçün Astana sınağı

Boks üzrə Azərbaycan milli komandası Qazaxıstanın paytaxtı Astanada keçiriləcək beynəlxalq turnirdə mübarizə aparacaq.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bu gün start götürəcək “Elorda Cup”da yığmamızın 6 idmançısı gücünü yoxlayacaq.

Məşqçilər korpusu yarışda bu boksçuları sınamağa qərar veriblər:

Nicat Hüseynov (54 kq)
Kamil Babayev (57 kq)
Ramazan Abdullayev (63,5 kq)
Rasim Çobanlı (75 kq)
Murad Allahverdiyev (86 kq)
Məhəmməd Abdullayevi (+92 kq)

“Elorda Cup”da İlqar Qasımzadə hakim qismində yer alacaq.

Qeyd edək ki, turnirə Azərbaycan və Qazaxıstanla yanaşı, Mərakeş, Çin, Yaponiya, Hindistan, Koreya, İran, Monqolustan, Özbəkistan, Tacikistan və Qırğızıstan yığmaları qatılıblar.