Bolqarıstan və Nigeriya Azərbaycan millisinin rəqibləri oldu

23 yaşlı həndbolçulardan ibarət Azərbaycan millisinin inkişaf etməkdə olan ölkələr arasında keçirilən çempionatdakı rəqibləri bəlli olub. Arena.az xəbər verir ki, püşkatma mərasimi Beynəlxalq Həndbol Federasiyasının (IHF) Bazeldəki mənzil qərargahında təşkil olunub.

Püşk nəticəsində yığmamız D qrupunda Bolqarıstan və Nigeriyaya rəqib olub.

Həndbolu inkişaf etməkdə olan 12 ölkənin milli komandası hərəsində üç yığma olmaqla aşağıdakı qruplarda yarışacaqlar:

A qrupu: Malta, Andorra, Hindistan
B qrupu: Kipr, Moldova, Avstraliya
C qrupu: Böyük Britaniya, Kuba, Qvatemala
D qrupu: Azərbaycan, Bolqarıstan, Nigeriya

Qeyd edək ki, yarış aprelin 25-30-da Bolqarıstanın Varna şəhərində keçiriləcək. Azərbaycan millisinin oyunlarının dəqiq təqvimi hələ açıqlanmayıb.

Xatırladaq ki, qrup qalibləri yarımfinalda mübarizəni davam etdirəcəklər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: