“Bordo” braziliyalı futbolçu aldı – 4.5 milyon avroya

Fransanın “Bordo” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Liqa 1 təmsilçisi Portuqaliyanın “Braqa” klubunun yarımmüdafiəçisi Franserjio Barbosanı transfer edib.

Bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb. 30 yaşlı braziliyalı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb.

“Bordo” bu transferə görə 4.5 milyon avrosundan keçib. Lakin müqavilədə nəzərdə tutulmuş bonuslarla bu məbləğ 7.5 milyon avroya qədər arta bilər.

Franserjio Barbosa 2017-ci ildən “Braqa”da çıxış edirdi. O, bu komandanın heyətində meydana çıxdığı 149 oyunda 22 qol vurub, 19 məhsuldar ötürmə müəllifi olub.

Yarımmüdafiəçi əvvəllər “Maritimo”, “Atletiko Paranaense”, “Parana”, “Krisiuma”, “Quaratinqueta” kimi klubların da formasını geyinib.