“Bordo” üçüncü liqaya göndəriləcək

“Bordo” futbol klubu maliyyə fəsadlarına görə inzibati cəriməyə mükəlləf ediləcək və Fransanın 3-cü divizionuna düşürüləcək.

Arena.az bu barədə “RMC Sport” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, “Bordo” indi milli liqada yerini qorumaq üçün kifayət qədər vəsaitə malik oduğuna dair, əlaqədar futbol qurumlarına zəmanət verməlidirlər. Əks halda, “jirondistlər” 4-cü və ya hətta 5-ci diviziona düşürülmək təhlükəsi ilə üz-üzə qalacaqlar.

2022/2023-cü illər mövsümündən “Bordo” Fransanın Liqa 2 liqasında çıxış edir. Ötən mövsümü “jirondistlər” 50 xalla Liqa 2-nin 12-ci pilləsində başa vursalar da, inzibati cərimə olaraq daha aşağı dəstəyə – Nasyonal liqasına göndəriliblər.

Sözügedən klub 2020-ci ildən bəri düşdü ağır maliyyə böhranından heç cür qurtula bilmir. Vaxtilə Fransanın avrokuboklarda mütəmadi iştirak edən ən iddialı klublarından biri olan “Bordo” indi can üstədir.

“Bordo”nun qənimətlər muzeyində 6 Fransa çepionluğu, 1 Liqa 2 çempionluğu, 4 Fransa Kuboku, 3 Fransa Liqa Kuboku, 3 Fransa Super Kuboku, 2 Alp Kuboku, Latın Kuboku və UEFA İntertoto Kuboku (1995) var. 1996-cı ildə isə “jirondistlər” UEFA Kubokunun finalçısı olublar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: