“Bordo” Vladimir Petkoviçə tapşırıldı

Fransanın “Bordo” komandasının yeni baş məşqçisi müəyyənləşib. Arena.az xəbər verir ki, Liqa 1 təmsilçisini bundan sonra Vladimir Petkoviç çalışdıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 57 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Petkoviç eyni zamanda İsveçrə yığmasında da baş məşqçilik edəcək. Petkoviçin milli ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir. O, 2014-cü ildən sözügedən komandaya rəhbərlik edir. Təcrübəli məşqçi əvvəllər “Latsio”, “Sion”, “Samsunspor”, “Yanq Boyz”, “Bellintsona”, “Luqano” kimi klublarda da işləyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: