“Börnli” 23 yaşlı alban mərkəz hücumçusu Armando Broyanı “Çelsi”dən tamhüquqlu əsasda “klaretlər”in heyətinə qatıb.
Arena.az bu barədə İngiltərə klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Tərəflər 5 illik – müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
Keçid “Börnli”yə 23 milyon avro məbləğ müqabilində başa gəlib.
Armano Broya “Çelsi”nin məzunudur. Hücumçu, karyerası ərzində “zadəganlar” üçün, həmçinin icarə əsasında “Vitess”, “Sauthempton”, “Fulhem” və “Everton” üçün çıxış edib.
Geridə qalmış mövsümdə Broya “Everton”un heyətində məhsuldar fəaliyyəti ilə fərqlənmədiyi 11 oyun keçirib.
Armando Broya 2020-ci ilin sentyabr ayında debüt etdiyi Albaniya yığmasının heyətində 27 oyuna 5 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 23 yaşlı alban mərkəz hücumçusunun traтsfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.



