“Borussiya” 16 yaşlı forvarda görə 8.5 milyon avro ödədi

Almaniya Bundesliqasında mübarizə aparan “Borussiya” (Dortmund) klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, elita təmsilçisi Belçikanın “Anderlext” klubunun yetirməsi Julyen Duranvili transfer edib.

Bu barədə Dortmund klubunun rəsmi saytı məlumat yayıb. 16 yaşlı hücumçu ilə imzalanmış müqavilənin müddəti və digər detalları açıqlanmayıb. “Borussiya” bu transferə görə “Anderlext”ə 8.5 milyon avro təzminat ödəyib.

Jülyen Duranvil “Anderlext”in öz yetirməsidir. O, 2013-cü ildən bu klubun futbol akademiyasında təhsil alırdı. Yeniyetmə forvard Belçikanın U-16 yığmasında oynayıb, hazırda isə U-19-un uğurları üçün çalışır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: