Almaniyanın “Borussiya” (Dortmund) klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Arena.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Ştutqart”dan Qreqor Kobeli transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı qapıçı ilə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalanıb.
“Borussiya” Kobel üçün “Ştutqart”a 15 milyon avro ödəyəcək.
Qreqor Kobel 2019-cu ildən “Ştutqart”ın uğurları üçün çalışırdı. O, daha öncə “Hoffenhaym” və “Auqsburq”un da formasını geyinib.