“Braqa” “Qarabağ”la oyunlar üçün 36 futbolçu sifariş etdi

“Braqa” Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Arena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Portuqaliya təmsilçisinin baş məşqçisi Artur Jorje ümumilikdə 36 futbolçunun adını siyahıya salıb.

Onlardan 25-i A, 11-i isə B siyahısında yer alıblar.

Qapıçılar: 1. Mateus, 12. Tiaqo Sa, 31. Bernardo Fontes, 91. Lukas Qorniçek;

Müdafiəçilər: 2. Viktor Qomes, 4. Sikou Niakate, 5. Sərdar Saatçı, 6. Joze Fonte, 15. Paulo Oliveyra, 17. Yosafat Mendes, 19. Adrian Marin, 26. Kristian Borxa, 55. Çissumba, 58. Migel Vilela, 62. Nuno Matoş, 76. Tomaş Markes;

Yarımmüdafiəçilər: 8. Əl-Musrati, 10. Çer Ndur, 16. Rodriqo Salasar, 18. Vitor Karvalyo, 22. Pitsi, 28. Joao Moutinyo, 50. Dieqo Rodriqes, 66. Vasko Moreyra, 80. Joao Qonçalves, 90. Cibril Sumare;

Hücumçular: 7. Bruma, 9. Abel Ruis, 11. Roxe Fernandes, 14. Alvaro Calo, 20. Roni Lopes, 21. Rikardo Horta, 23. Simon Banza, 59. Yan Said, 97. Joze Rodriqes, 99. Kauan Kelvin.

Baş məşqçi: Artur Jorje.

Xatırladaq ki, “Qarabağ”la “Braqa” arasındakı ilk oyun fevralın 15-də Portuqaliyada baş tutacaq. Bu komandaların cavab oyunu isə bir həftə sonra isə Bakıda təşkil ediləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: