Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 7-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha beş qarşılaşma baş tutub.
Səfərdə “Auqsburq”la qarşılaşan “Bayern” bu turu məğlubiyyətlə başa vurub. Dortmund “Borussiya”sı “Şalke”ni, Mönhenqladbah “Borussiya”sı isə “Leypsiq”i məğlub yola salıb. Dörd qolun qeydə alındığı “Ştutqart” – “Ayntraxt” matçında qonaqlar qələbə qazanıblar. “Bayer” – “Verder” matçında isə qalib müəyyənləşməyib.
7-ci tura sabah keçiriləcək üç qarşılaşma ilə yekun vurulacaq.
Almaniya Bundesliqası
7-ci tur
16 sentyabr
Maynts – Herta 1:1
Qol: Kasi, 90+4 – Tusar, 30.
17 sentyabr
Auqsburq – Bayern 1:0
Qol: Berişa, 59.
Bayer – Verder 1:1
Qol: K.Dəmirbay, 57 – Velkoviç, 82.
Borussiya (Dortmund) – Şalke 1:0
Qol: Mukoko, 79.
Ştutqart – Ayntraxt 1:3
Qol: Tomas, 79 – Rode, 6. Kamada, 55. Yakiç, 88.
Borussiya (Mönhenqladbah) – Leypsiq 3:0
Qol: Hofmann, 10; 35. Bensebaini, 53.
18 sentyabr
17:30. Union Berlin – Volfsburq
19:30. Bohum – Köln
21:30. Hoffenhaym – Frayburq


