Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.
“Maynts” doğma meydanda “Union Berlin”lə qarşılaşıb. Tərəflər bu oyundan qolsuz ayrılıblar.
Son çempion “Bayern” isə “Volfsburq”la münasibətlərinə aydınlıq gətirib. Münhen təmsilçisi bu görüşdə inamlı qələbəyə sevinib.
Almaniya Bundesliqası
2-ci tur
14 avqust
Maynts – Union Berlin 0:0
Bayern – Volfsburq 2:0
Qol: Musiala, 33. Müller, 44.