Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) pley-aut oyunları keçirilib. Arena.az xəbər verir ki, Bundesliqada 16-cı pillənı tutduğu üçün elitanı tərk etmək təhlükəsiylə üzləşən “Herta” ikinci Bundesliqada üçüncü olan “Hamburq”la qarşılaşıb.
“Herta” doğma meydanda baş tutan oyunda 0:1 hesabıyla məğlub olmuşdu. Lakin Hamburqda baş tutan cavab matçında da “Herta” 2:0 hesablı səfər qələbəsinə sevinib. 4-cü dəqiqədə Dedrik Boyata hesabı açıbsa, 63-cü dəqiqədə Marvin Plattenhardt matçın yekun nəticəsini müəyyənləşdirib. Beləcə, sözügedən klub əsas Bundesliqadakı yerini qoruyub. “Hamburq” isə qarşıdakı mövsümdə də ikinci Bundesliqada mübarizə aparacaq.
Xatırladaq ki, 2021/22 mövsümünün yekununa görə, “Arminiya” və “Qroyter” komandaları elitanı tərk ediblər. Əvəzində ikinci Bundesliqada çempion olan “Şalke” və 2-ci yeri tutan “Verder” əsas Bundesliqaya yüksəlib.


