Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 7-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında “Maynts” “Herta”nı qəbul edib. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.
7-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Almaniya Bundesliqası
7-ci tur
16 sentyabr
Maynts – Herta 1:1
Qol: Kasi, 90+4 – Tusar, 30.
17 sentyabr
17:30. Auqsburq – Bayern
17:30. Bayer – Verder
17:30. Borussiya (Dortmund) – Şalke
17:30. Ştutqart – Ayntraxt
20:30. Borussiya (Mönhenqladbah) – Leypsiq
18 sentyabr
17:30. Union Berlin – Volfsburq
19:30. Bohum – Köln
21:30. Hoffenhaym – Frayburq


