Bundesliqa oyunçuları ötən mövsümün ən yaxşısını seçdilər

Almaniyanın “Kicker” jurnalı Bundesliqa oyunçuları arasında mövsümün yekunları üzrə ən yaxşı futbolçunun kimliyi ilə bağlı sorğu keçirib.

Arena.az məlumat verir ki, sorğunun nəticələrinə əsasən, 277 sorğu iştirakçısının 51,1%-i “Bayer”in alman hücumameyilli yarımmüdafiəçisi Florian Virtsi geridə qalmış 2023/2024-cü llər mövsümünün ən yaxşı futbolçusu seçib.

Geridə qalmış mövsümdə Virts Almaniya Bundesliqasında 32 oyun keçirib, 11 qol və 12 məhsuldar ötürmə ilə fərqlənib.

Vurğulayaq ki, ilk üçlükdə “Bayer”in daha iki oyunçusu – isveçrəli dayaq yarımmüdafiəçisi Qranit Caka və ispan sol cinah müdafiəçisi Alexandro Qrimaldo yer alıblar.

Florian Virts “Bayer”in əsas komandasında 2020-ci ilin iyul ayından çıxış edir. Buna qədər gənc yarımmüdafiəçi “Brauvayler”, “Köln” və “Bayer”in yeniyetmələrdən və gənclərdən ibarət komandalarında çıxış edib. Virtsin Leverkuzen təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsemdə Virts “əczaçılar”ın heyətində bütün yarışlarda 49 oyuna çıxıb, 18 qol vurub, 20 məhsuldar ötürmə verib. Virtsin “Bayern”in heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 152 oyun, 41 qol, 50 məhsuldar ötürmə.

Virts “Bayer”lə 2023/2024-cü illər mövsümü Almaniya Bundesliqasının və Almaniya Kubokunun qalibi olub.

Florian Virts 2021-ci ilin sentyabr ayında debüt etdiyi Almaniya yığmasının heyətində 17 oyuna çıxıb, 1 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib. Florian Almaniyanın U-21 yığması ilə 2021-ci il Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 21 yaşlı alman yarımmüdafiəçinin transfer dəyərini 130 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: