Bundesliqa: “Qarabağ”ın rəqibindən çempionla heç-heçə – Video

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 4-cü turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqibi olan “Bayer” səfərdə son çempion “Bayern”lə qarşılaşıb. Leverkuzen təmsilçisi Münhen klubu ilə əzmkar heç-heçəyə nail olub.

Xatırladaq ki, buna qədər hər iki komanda keçirdiyi bütün oyunları qalib başa vurmuşdu. Bu üzdən də “Bayer” və “Bayern” hazırda 10 xalla zirvəyə şərikdirlər.

“Bayer”lə “Qarabağ” arasındakı ilk oyun oktyabrın 26-da Leverkuzendə, ikinci matç isə noyabrın 9-da Bakıda keçiriləcək.

Almaniya, Bundesliqa
4-cü tur
15 sentyabr

Bayern – Bayer 2:2
Qollar: H.Keyn, 7. L.Qoretska, 86 – Qrimaldo, 24. E.Palasios, 90+4-pen.

16 sentyabr

17:30. Köln – Hoffenhaym
17:30. Frayburq – Borussiya (Dortmund)
17:30. Maynts – Ştutqart
17:30. Leypsiq – Auqsburq
17:30. Volfsburq – Union Berlin
20:30. Bohum – Ayntraxt (Frankfurt)

17 sentyabr

17:30. Haydenhaym – Verder
19:30. Darmştadt – Borussiya (Mönhenqladbah)

Xəbəri sosial şəbəkələrdə paylaş: