Bundesliqa: “Union Berlin” tək qolla vahid liderliyə yüksəldi

Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 6-cı tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha 2 qarşılaşma baş tutub.

Əvvəlcə “Köln” doğma meydanda “Union Berlin”lə qarşılaşıb. Paytaxt təmsilçisi bu qarşılaşmada 3 xalı tək qolla qazanıb. Bu, sözügedən komandanı liderliyə yüksəldib.

Turun son matçı isə “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Frayburq”la Mönhenqladbax “Borussiya”sı arasında baş tutub. Bu görüşdə qapılara qol vurulmayıb.

6 turdan sonra “Union Berlin” 14 xalla vahid liderdir. “Frayburq” 13 xalla ikinci pillədə qərarlaşıb. “Bayern”, “Hoffenhaym” və “Borussiya”nın (Dortmund) 12 xalı var.

Almaniya Bundesliqası
6-cı tur
9 sentyabr

Verder – Auqsburq 0:1
Qol: Dəmiroviç, 63.

10 sentyabr

Bayern – Ştutqart 2:2
Qol: Tel, 36. Musiala, 60 – Fuhrix, 57. Jirassi, 90+2-pen.

Ayntraxt – Volfsburq 0:1
Qol: Lakrua, 60.

Herta – Bayer 2:2
Qol: S.Serdar, 56. Rixter, 74 – K.Dəmirbay, 49. P.Şik, 79.

Hoffenhaym – Maynts 4:1
Qol: Kramariç, 53; 90+2. Promel, 69. Dabbur, 80 – Kohr, 83.

Leypsiq – Borussiya (Dortmund) 3:0
Qol: Orban, 6. Soboslai, 45. Haydara, 84.

Şalke – Bohum 3:1
Qol: Dreksler, 38. Masoviç, 73-öz qapısına. Polter, 90+6 – Zoller, 51.

11 sentyabr

Köln – Union Berlin 0:1
Qol: Hubers, 4-öz qapısına.

Frayburq – Borussiya (Mönhenqladbax) 0:0

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: