Bundesliqa: “Union Berlin” vahid liderliyini qorudu

Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 7-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha üç qarşılaşma baş tutub.

“Union Berlin” doğma meydanda “Volfsburq”u 2 cavabsız qolla üstələyib. “Bohum” – “Köln” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Frayburq” bu turda “Hoffenhaym”la qarşılaşıb. Səfərdə baş tutan bu matç qolsuz yekunlaşıb.

Beləliklə, 7 turdan sonra 17 xala malik “Union Berlin” vahid liderdir. Dortmund “Borussiya”sı 15 xalla 2-ci pillədə qərarlaşıb. “Frayburq” 14 xalla üçüncüdür. “Hoffenhaym” 13 xalla 4-cüdür. “Bayern” və Mönhenqladbah “Borussiya”sı isə 12 xal toplaya bilib.

Almaniya Bundesliqası
7-ci tur
16 sentyabr

Maynts – Herta 1:1
Qol: Kasi, 90+4 – Tusar, 30.

17 sentyabr

Auqsburq – Bayern 1:0
Qol: Berişa, 59.

Bayer – Verder 1:1
Qol: K.Dəmirbay, 57 – Velkoviç, 82.

Borussiya (Dortmund) – Şalke 1:0
Qol: Mukoko, 79.

Ştutqart – Ayntraxt 1:3
Qol: Tomas, 79 – Rode, 6. Kamada, 55. Yakiç, 88.

Borussiya (Mönhenqladbah) – Leypsiq 3:0
Qol: Hofmann, 10; 35. Bensebaini, 53.

18 sentyabr

Union Berlin – Volfsburq 2:0
Qol: Sibaço, 54. Bekker, 77.

Bohum – Köln 1:1
Qol: Şmits, 9-öz qapısına – Maina, 88.

Hoffenhaym – Frayburq 0:0