Bundesliqa: “Verder” “Auqsburq”a evdə uduzdu

Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 6-cı turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Verder” “Auqsburq”u qəbul edib. Matçın taleyini bir qol həll edib. Qonaqlar ikinci hissədə vurduqları yeganə qol sayəsində səfərdən 3 xalla dönüblər.

Turun qalan qarşılaşmaları şənbə və bazar günlərinə təsadüf edəcək.

Almaniya Bundesliqası
6-cı tur
9 sentyabr

Verder – Auqsburq 0:1
Qol: Dəmiroviç, 63.

10 sentyabr

17:30. Bayern – Ştutqart
17:30. Ayntraxt – Volfsburq
17:30. Herta – Bayer
17:30. Hoffenhaym – Maynts
17:30. Leypsiq – Borussiya (Dortmund)
20:30. Şalke – Bohum

11 sentyabr

17:30. Köln – Union Berlin
19:30. Frayburq – Borussiya (Mönhenqladbax)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: