AFFA-nın baş katibi Cahangir Fərəcullayev çimərlik futbolu üzrə Avropa çempionatında B Liqasının qalibi olan Azərbaycan millisinin üzvləri ilə görüşüb.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Xəbərdə vurğulanır ki, baş katib Gürcüstanın Batumi şəhərində keçirilmiş çimərlik futbolu üzrə Avropa çempionatının (EBSL) B Liqasının qalibi olmuş Azərbaycan millisinin üzvlərini qəbul edib. Görüşdə Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi, milli komandamızın məşqçi heyəti və futbolçuları iştirak ediblər.
Cahangir Fərəcullayev komandanı B Liqasının qalibi olması və A Liqasına vəsiqə qazanması münasibətilə təbrik edib. Baş katib milli üzvlərinə Avropanın ən güclü komandalarının mübarizə apardığı A Liqasında uğurlar arzulayıb.


