Canluici Buffon 20 il sonra “Parma”da!

Bu yay “Yuventus”la müqaviləsinin müddəti başa çatan və azad agent statusu daşıyan Canluici Buffonun yeni iş yeri məlum olub.

Arena.az xəbər verir ki, 43 yaşlı qapıçı “Parma” klubuna keçib.

Bu barədə B Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Buffonla 2 illik müqavilə imzalanıb.

“Parma”nın yetirməsi olan Buffon 1994-2001-ci illər aralığında bu klubda çıxış edib. O, həmin dövrdə bu klubda 220 oyuna çıxıb, İtaliya kubokunun, ölkə super kubokunun, eləcə də UEFA Kubokunun qalibi olub. Canluici 20 il sonra sabiq klubuna geri dönüb.

Canluici Buffon 2001-ci ildə “Parma”dan “Yuventus”a transfer olunub. 2018/2019 mövsümünü Fransa PSJ-sində keçirmiş italiyalı qolkiper daha sonra Turin klubuna qayıdıb. Buffon 1997-2018-ci illər aralığında İtaliya yığmasının da şərəfini qoruyub.

Xəbəri sosial şəbəkələrdə paylaş: