Canluici Donnarumma: “Dərin dəhşət və qorxu yaşadım”

PSJ-nin italyan qapıçısı Canluici Donnarumma Parisdəki evində baş verən amansız quldurluğun təfərrüatını açıqlayıb.

Arena.az “Calciomercato”ya istinadən Donnarummanın bu xüsusda məlumatını diqqətinizə çatdırır:

“Səhər saat 3-də qəfildən evdə insanlar aşkar etmək, məncə, bu, yaşaya biləcəyiniz ən pis duyğudur. Mən hərəkətsiz hala saldılar və Alessiya dəyərli olan hər şeyimizi verməyə məcbur oldu. Mən təfərrüata vara bilmərəm, istintaq davam edir və indi başımıza gələn hər şeyi yenidən təsvir etməyə cəhd üçün Fransa polisinə yollanıram. Bu gün səhər lazımi araşdırmaların aparılması üçün həyat yoldaşımla mənzilimizi tərk etmək məcburiyyətində qaldıq. Müvəqqəti olaraq oteldə yerləşmişik.

Qorxum çox idi, amma mən Alessiyaya nəsə ola biləcəyindən daha çox qorxurdum. Köməksiz idim, əl-qolum bağlanmışdı, heç bir şey edə bilmədim. Bundan əlavə, mən fransızca yaxşı danışa bilmirəm və bütün qiymətli əşyaların harada olduğunu o insanlara izah etmək mənim üçün çətin idi. Və Alessiya onlarla idi, hələ də çox qorxurdu. Onun üçün həqiqətən həyəcanlı anlar və dərin dəhşət və qorxu yaşadım. Dəhşət ki, ona zərər verə bilərlər”, deyə Donnarumma açıqlayıb.

Donnarumma həmçinin qarətçilər tərəfindən fikizi təzyiqə məruz qalıb. Quldurlar qapıçının başına tapançanın dəstəyi ilə zərbə endiriblər, yara qanaxma verib.

Xatırladaq ki, Canluici Donnarumma 2021-ci ildən PSJ-də çıxış edir. İtalyan qapıçının Paris klubu ilə müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulub.

Xəbəri sosial şəbəkələrdə paylaş: