Canluici Donnarumma Millətlər Liqasında rekorda imza atdı

İtaliya yığmasının qapıçısı Canluici Donnarumma Millətlər Liqası turnirində ən çox oyun keçirən futbolçu olub.

Arena.az xəbər verir ki, indi Donnarummanın turnir hesabında 19 oyun var. Hələ heç bir futbolçu gəncyaşlı turnirdə bu qədər oyun keçirməyib.

Ötən gün UEFA Millətlər Liqasının 2022/2023-cü il mövsümünün yarımfinal mərhələsinin İspaniya – İtaliya oyunu başa çatıb. İspaniya yığması 2:1 hesabı ilə qalib gələrək finala yüksəlib.
İtaliya yığmasını iyunun 18-də “bürünc” uğrunda Niderland millisi ilə oyun gözləyir. Elə həmin gün İspaniya yığması “qızıl” uğrunda Xorvatiya seçməsi ilə üz-üzə gələcək.

Klub səviyyəsində PSJ-nin şərəfini qoruyan Canluici Donnarumma geridə qalmış mövsüm ərzində 48 oyunda meydana çıxıb, 52 qol buraxıb, 14 oyunda qapısını “quru” saxlamağı bacarıb. Qapıçı parislilərlə Fransa çempionluğunu qazanıb.

“Transfermarkt” internet portalı Donnarummanı 50 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: