Canni De Byazi: “Bu qrupda sözümüzü deyə bilərik”

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasının 2022/23 mövsümünün püşkünü dəyərləndirib.

Arena.az xəbər verir ki, bu gün İsveçrənin Nyon şəhərində UEFA Millətlər Liqasının 2022/23 mövsümünün püşkatma mərasimi keçirilib.

Püşkün nəticəsinə əsasən, C Liqasında yer alan Azərbaycan yığması 3-cü qrupda Slovakiya, Belarus, eləcə də Qazaxıstan/Moldova cütünün qalibi ilə üz-üzə gələcək.

Canni De Byazi püşkün nəticəsi ilə bağlı AFFA-nın mətbuat xidmətinə açıqlama verib:

“Belə demək mümkünsə, kifayət qədər balanslı qrupda mübarizə aparacağıq. Slovakiya millisinin qrupun favoriti olduğunu deməklə, yəqin ki, yeni nəsə demiş olmayacağıq. Belarus və Qazaxıstan-Moldova cütünün qalibi ilə gərgin mübarizə aparacağıq. Lakin düşünürəm ki, mövsümün sonuna doğru yaxşı formada olsaq, qrupda sözün yaxşı mənasında öz sözümüzü deyə bilərik”.

Xəbəri sosial şəbəkələrdə paylaş: